Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Haaqa məhkəməsində beynəlxalq cinayətlərlə bağlı nizamnamənin ratifikasiyasını zəruri hesab edir.
“Biz indiyədək həmin nizamnaməni qəbul etməmişik. Hesab edirəm ki, gec olsa belə, bunu etməliyik, çünki müharibə şəraitində yaşayırıq. Ermənistan isə bu gün də uşaqlarımızı atəşə tutur”, - deyə Q.Həsənquliyev bəyan edib.
Deputat bu cür hərəkətlərin “sabah” genişmiqyaslı olacağını istisna etməyib.
“Əgər sabah Ermənistan Silahlı Qüvvələri yenidən hansısa Azərbaycan kəndinə soxularaq oradakı dinc əhalini məhv edərsə, biz yenə də beynəlxalq məhkəməyə müraciət edə bilməyəcəyik, çünki onun nizamnaməsini qəbul və ratifikasiya etməmişik”, - deyə o vurğulayıb.
Deputat tədbir iştirakçılarına bu sənədə qoşulmağa dair hökumətə müraciət qəbul etməyi təklif edib.
F.İsazadə