2016-cı il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $6 mlrd. 894,3 mln. (10 mlrd. 751 mln. manat) təşkil edir. Bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $6 mlrd. 478,2 mln. təşkil edib. Beləliklə, ötən il xarici borc 6,4% artıb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ilin əvvəlinə ölkənin xarici borcu ÜDM-nin 19,8%-ni təşkil edib.
Azərbaycanın xarici borcunun 32,9%-ni 20 ildən yuxarı, 58,6%-ni 10-20 il, 8,5%-ni 10 ilə qədər müddətə cəlb edilmiş kreditlər təşkil edir.
Beynəlxalq və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, elektrik stansiyalarının tikintisi, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi və digər məqsədlər üçün nəzərdə tutulub.
A.Əzizov