2016-cı ildə Azərbaycanda adambaşına ÜDM 2014-cü ildə $8 minə qarşı $4,1 min təşkil edəcək. Bu barədə “Standard & Poor`s” kredit reytinqləri xidmətindən məlumat verilib.
Bununla belə, agentlik 2016-cı ildə Azərbaycanda inflyasiya üzrə proqnozu 2012-2015-ci illərdə orta hesabla 2%-ə qarşı 15% səviyyəsində təsdiq edib.
“Baxmayaraq ki, manatın devalvasiyası AMB-yə xarici valyutada qalan ehtiyatları saxlamağa imkan verəcək və büdcə göstəricilərinin dəstəklənməsinə şərait yaradacaq, bu, həm də gəlirlərin mühüm dərəcədə azalmasına səbəb olacaq”, - deyə S&P-nin məlumatında qeyd edilir.
S&P xatırladır ki, Azərbaycan iqtisadiyyatı 2013-2014-cü illərdə ÜDM-nin 40%-ni və əmtəə ixracının 95%-ni təmin edən neft-qaz sektorundan əvvəlki kimi asılı vəziyyətdədir. Bundan başqa, 6 ay ərzində AMB-nin xarici valyutada ehtiyatları 40%-dən çox - təxminən $5 mlrd.-a qədər azalıb, baxmayaraq ki, 2014-cü ilin ortalarında onlar $15 mlrd.-a yaxın təşkil edərək pik həddə çatmışdı.
“Agentlik ehtimal edir ki, 2016-2017-ci illərdə “Brent” markalı neftin bir barelinin qiyməti $40-45 təşkil edəcək. Baza ssenarimizdə 2016-cı ildə Azərbaycanda real ÜDM-nin 1% azalması proqnozlaşdırılır. Biz qeyd edirik ki, neftin qiymətinin ucuzlaşması iqtisadi artım perspektivlərinin pisləşməsi ilə şərtlənib, bununla əlaqədar manatın zəifləməsi isə gələcəkdə daxili istehlakın azalması, inflyasiyanın artımı, həmçinin real sərəncamda olan gəlir və investisiyaların azalmasına səbəb olub. Hesab edirik ki, hazırda Azərbaycan iqtisadiyyatı korreksiya mərhələsindədir”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, AMB 2015-ci il dekabrın 21-dən üzən məzənnəyə keçib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci il ərzində Azərbaycanda adambaşına ÜDM $5,559 min təşkil edib.
A.Axundov