Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə əlaqdar Türkiyə xalqına başsağlığı verib.
“Bizim mövqeyimiz açıq və aydındır. Biz terrorun istənilən forma və təzahürünü qınayırıq. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, - deyə E.Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğolu ilə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib.
F.İsazadə