Azərbaycan multikulturalizmi indi də Almaniyada öyrənilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Fevralın 8-12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi üzrə intensiv kurs təşkil olunub.
Auqsburq Universitetinin alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib.
B.Rüstəmbəyov