2015-ci ildə “AtaBank” aktivlərini 4% - 607,2 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
1 yanvar 2016-cı il tarixinə bankın kredit portfeli 530,4 mln. manat (artım 19,2%) təşkil edir.
Bankın öhdəlikləri 534 mln. manata bərabərdir (artım 3,2%).
Hesabat ilinin sonuna bankda depozit portfeli 443,5 mln. manat, o cümlədən əhalinin əmanətləri 260,8 mln. manat (artım 37,7%) təşkil edib.
2016-cı il yanvarın 1-nə bankın kapitalı 53,7 mln. manata (azalma 14,4%), nizamnamə kapitalı 50 mln. manata (dəyişməyib) bərabərdir.
2015-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 1,4 mln. manat təşkil edib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir. “AtaBank” Azərbaycanın 10 aparıcı bankından biridir.
A.Əzizov