2015-ci ildə Qəbələ rayonunda 203,517 mln. manatlıq müxtəlif növ məhsul istehsal edilib. Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə ümumi məhsul buraxılışı sənayedə 0,5%, kənd təsərrüfatında 5,6%, tikintidə 40,4%, nəqliyyatda 7,3%, ticarətdə 1,97% artıb. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 77% təşkil edib.
İcra başçısı qeyd edib ki, ötən il sənaye müəssisələrində çalışan 976 nəfər işçinin orta aylıq nominal əmək haqqı 376 manat olub.
İ.Əhmədov