Azərbaycan gömrükçüləri ölkədən qanunsuz yolla külli miqdarda xarici valyutanın çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilir.
Məlumata əsasən, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib. Onun üzərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
F.İsazadə