“Net Element Inc” şirkətlər qrupu Azərbaycanda mobil ödəmələr sahəsində fəaliyyətə başlayır. Bu barədə şirkətin məlumatında bildirilir.
Şirkət kontent provayderlərə və aqreqatorlara ölkənin bütün əsas mobil operatorları ilə abonentlərin ödənişlərinin işlənməsi üçün Digital Provider platformasından istifadə etməklə əməkdaşlıq təklif edir.
“İndi regionda “Net Element” xidmətlərinin bütün kompleksindən istifadə etmək olar, bura həmçinin billinq, bir toxunuşla mobil ödənişlər, SMS billinq və mobil kommersiya alətləri də daxildir”,- deyə məlumatda qeyd edilir.
“Net Element” “Dünya TV” milli telekanalı ilə müqavilə bağlayaraq televiziya üçün bir toxunuşla ödənişlərdən istifadə etməklə kontentin monetləşdirilməsi və səsvermə kimi interaktiv məhsullar təklif edir.
“Biz MDB məkanında tranzaksiya xidmətləri sahəsində lider olmaq məqsədi ilə inkişaf edən bazarlarda inteqrasiyanı davam etdiririk. Biz inkişaf edən bazarlarda yeni imkanlar axtarmaqda davam edir və artıq mövcud olan platforma və infrastruktur əsasında kapitallaşmanı artırırıq”, - deyə məlumatda “Net Element”in baş direktoru Oleq Firerə istinadən bildirilir.
“Net Element” - mobil ödəmələr vətranzaksiyaxidmətləri həyata keçirən,yüksəktexnologiyalara əsaslanan beynəlxalqşirkətlər qrupudur.
N. Abbasova