“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi 2016-2017-ci dərs ilində Rusiyanın büdcəsi hesabına bu ölkənin ali məktəblərində təhsil almaq istəyən abituriyentlər üçün sənəd qəbulu elan edir.
Sənədlərin qəbulu və abituriyentlərlə müsahibə martın 1-dək bazar ertəsindən cümə gününə qədər saat 10:30-dan 13:00-dək və 14:30-dan 17:00-dək Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçiriləcək.
Sənədlərin rəsmiləşdirilməsi və qəbul qaydaları ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin saytında http://aze.rs.gov.ru/node/8831 linki vasitəsilə
tanış olmaq mümkündür.
A.Zeydullayeva