“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin saytında Moskva teatrlarının tamaşalarının pulsuz onlayn yayım mövsümü başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nümayəndəlikdən məlumat verilib.
İlk yayım fevralın 21-də Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq. Moskva Akademik Satira Teatrının Uilyam Şekspirin "İnadkarın ram edilməsi" pyesi əsasında tamaşası göstəriləcək. Tamaşaya SSRİ xalq artisti Valentin Pluçek quruluş verib.
Tamaşaya baxmaq üçün “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin saytına (http://aze.rs.gov.ru/node/8853) daxil olmaq kifayətdir.
A.Zeydullayeva