Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üçün auditor seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tenderin şərtlərinə əsasən, auditorun vəzifələrinə AMB-nin 2016-2018-ci illər üçün BMHS-ə uyğun auditi daxil olacaq.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manatdır.
Şirkətlərin tender təkliflərinin qiymətləndirilməsi zaman AMB aşağıdakı meyarları nəzərə alacaq: maliyyə aspekti, auditor şirkətinin təcrübəsi.
Tenderin şərtlərinə əsasən, illik auditin aparılması üzrə işlərin həyata keçirilməsi müddəti müqavilənin imzalandığı andan etibarən 2 ay təşkil edir.
Tender üzrə təkliflər aprelin 11-dək qəbul ediləcək. Tender proseduru aprelin 12-də keçiriləcək.
A.Əzizov