Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.
Fərmanla “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Apellyasiya Şurası haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən, Apellyasiya şuraları sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasının təmin edilməsi məqsədi ilə yaradılıb.
Q.Hüseynova