Cakarta Bakı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmindədir. Bu barədə İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüş zamanı bəyan edib.
“Biz əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıyıq”, - deyə F.Hamzah qeyd edib.
O, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinin İndoneziya hökumətinin diqqətində dayanan məsələ olduğunu vurğulayıb. F.Hamzah bu sahədə Azərbaycanla əlaqələrin gücləndirilməsi üçün müvafiq işlərin görüləcəyini əlavə edib.
S.Müslümov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cakarta ilə Bakı arasında əmək və sosial müdafiə sahəsində əlaqələrə toxunaraq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək mərkəzinin yaradılması üzv ölkələrin əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə yönəlib.
R.Babayev