2016-cı ilin yanvar ayı ərzində Azərbaycanda ÜDM 3,3% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvarda ÜDM-in nominal həcmi 4 mlrd. 11,2 mln. manat təşkil edib.
Hesabat ayında qeyri-neft sektorunda azalma 3,7%, xüsusi çəki 67,2% olub.
Neft sektorunda azalma 2,4% təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat ayında ÜDM-in azalması neft-qaz sənayesi, tikinti və nəqliyyat sahələrində məhsul istehsalı və xidmətlərin azalması ilə şərtlənib.
Bu dövrdə ÜDM-in strukturunda 37,3% sənaye, 8,6% tikinti, 3,1% kənd təsərrüfatı, 7,2% nəqliyyat, 2,2% rabitənin payına düşüb. Qalanını digər sahələr təşkil edib.
ÜDM-də vergilərin payı 7,7% təşkil edib.
Yanvar ayında əhali arasında adambaşına düşən ÜDM 418,3 manat ($264,5 min) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4% azdır.
2016-cı ilə Azərbaycan hökuməti ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.
A.Əzizov