2015-ci ilin yanvar ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 13,6% təşkil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin yanvar ayında qiymət artımı 2015-ci ilin dekabr ayı ilə müqayisədə 5,8% təşkil edib.
Statistik məlumatlara əsasən, ərzaq məhsulları üzrə orta illik inflyasiya 18,3%, qeyri- ərzaq malları üzrə 17,2%, xidmətlər üzrə 4,6% sürətlənib.
İl ərzində ərzaq məhsulları, içki və tütün məmulatları üzrə ən çox bahalaşma tütün məmulatları (169%), çörək və çörək-bulka məhsulları (25,5%), yağ və piy (37,2%), çay, kofe, kakao (34,6%) üzrə qeydə alınıb.
2015-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında cihazların ( 65,9%), tikinti materiallarının (24,6%), dərman preparatlarının (31,4%), avtomobillərin ehtiyat hissələrinin (31,3%), zərgərlik məmulatlarının (26,6%) qiymətlərində qismən artım qeydə alınıb.
Əhaliyə göstərilən pullu xidmətlər arasında cüzi orta illik artım avtomobil təmirində (5,6%), dəniz nəqliyyatı ilə sərnişindaşımada (109,8%), hava nəqliyyatı ilə sərnişindaşımada (22,8%), dəmir yolları ilə sərnişindaşımada (10,1%), kompleks istirahət xidmətləri üzrə (15,6%), ödənişli təhsil xidmətləri üzrə (8,3%) qeydə alınıb.
Xəbər verildiyi kiimi, ötən ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib.
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.
A.Əzizov