Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 22-nə manatın dollara qarşı rəsmi məzənnəsini fevralın 19-na olan 1,5635 manat/$1 səviyyəsinə qarşı 1,5604 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1983% möhkəmlənib.
AMB fevralın 22-nə manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 19-da qeydə alınmış 1,7395 manat/1EUR səviyyəsinə qarşı 1,7336 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3392% möhkəmlənib.
Fevralın 22-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 19-da qeydə alınmış 0,0204 manat/1RUR səviyyəsinə qarşı 0,0203 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,4902% möhkəmlənib.
A.Axundov