May ayında Səməd Vurğun adına Azərbaycan DövlətRus Dram Teatrında yazıçı, dramaturq Elçinin "Artist" tamaşasının premyerası olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti İranə Tağızadədir. Tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova,işıq üzrə rəssam isəNikolay Rudıçevdir.
Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov,Elmira Aslanova, Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov,Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski və İosif Tkaç ifa edəcəklər.
Tamaşa aktyor və rejissor Hüseyn Ərəblinskinin həyat və sənət yolundan bəhs edir.
A.Zeydullayeva