2016-cı ilin yanvar ayında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2015-ci ilin yanvar ayı ilə müqayisədə 48,7% - 629,4 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xarici investisiyaların 84,9%-i və ya 534,2 mln. manat Böyük Britaniya, Türkiyə, Malayziya, Rusiya və İran investisiyalarının payına düşüb.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin və beynəlxalq təşkilatların payına düşüb.
A.Axundov