2016-cı ilin yanvar ayında Azərbaycanda 8,8 mln. manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisindən 53,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 101,2 min ton sement (azalma 46,9%), 12,9 min ton tikinti gipsi (azalma 22,6%), 1,2 min kubmetr betondan yığma tikinti konstruksiyalar (azalma 29,4%), 21,9 min ton asfalt (artım 2,4%) istehsal olunub.
Bundan başqa, cari ilin yanvar ayında 144,9 min ton emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (azalma 85,5%), 12,5 min kubmetr tikinti kərpici (azalma 28,8%), 43,6 min ton hazır beton qarışığı (azalma 52,9%) istehsal edilib.
A.Axundov