2016-cı ilin yanvar ayında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 113,7 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində mənzil tikintisinə investisiyalar 43 mln. manat təşkil edib (azalma 8,2%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır.
A.Əzizov