Yaponiya hökuməti Zaqatala rayonunda su təchizatı sisteminin tikintisi üzrə layihə həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müvafiq saziş ötən ilin oktyabr ayının 9-da imzalanıb.
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihənin dəyəri $90,646 min təşkil edir.
Bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində $18 mln. 037,869 min dəyərində 211 layihə həyata keçirilib.
A.Zeydullayeva