Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasına dair üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bəyan edib.
“Biz Minsk Qrupu prosesi vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq qalırıq”, - deyə R.Sekutanın ABŞ səfirliyi tərəfindən bazar ertəsi yayılmış məqaləsində deyilir.
Səfir bildirib ki, Dağlıq Qarabağ münaqısəsinin həlli həm Azərbaycanda, həm də bölgədə firavanlıq və sabitliyin daha çox güclənməsinə təkan verəcək.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar 1993-cü ildən bəri məcburi köçkünlərə yardım məqsədilə 115 mln. dollar ayırıb və bu gün də Azərbaycan cəmiyyətinin bu təbəqəsi ilə işləmək öhdəliyinə sadiq qalır.
“Ümumilikdə, ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 mlrd. dollar yardım edib və bu sahədə işlər davamlı inkişaf etdirilir”, - deyə R.Sekuta vurğulayıb.
F.İsazadə