Bazar günü Daşkəsən şəhər sakinləri Fəzail Məmmədov və həyat yoldaşı Aybəniz Məmmədova Gəncə şəhərində yaşayan qohumlarının evində dəm qazından zəhərlənərək ölüblər. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Bundan başqa, həmin gün paytaxtın Yasamal rayonu ərazisində yaşayan Ələsgər Hacıyev və Toğrul İbrahimzadə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Fevralın 20-də Goranboy rayonunun Balakürd kəndində yaşayan Leyla Kərimova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.
R.Babayev