Fevralın 24-də Moskvada Azərbaycan turizm nümayəndəliyinin rəsmi açılış mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndəlik Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə yaradılıb.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən “Tur A Vent” şirkəti arasında müqavilə imzalanıb.
Müqaviləyə uyğun olaraq şirkət tərəfindən 2017-ci ilin fevral ayınadək Marketinq planı hazırlanıb və nazirlik tərəfindən təsdiq edilib.
Tədbirdə Azərbaycanın qış turizmi, sağlamlıq turizmi, mətbəx turizmi, mədəni turizm, ovçuluq turizmi və s. turizm növlərinin təqdimatı keçiriləcək.
Artıq bir neçə ildir ki, BƏƏ-də və Almaniyada Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.
A.Zeydullayeva