Azərbaycan Silahlı Qüvvələrinin zabitləri İstanbul şəhərində (Türkiyə) Silahlı Qüvvələrin ali komanda və idarəetmə akademik kurslarda iştirak edirlər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, kurslar fevralın 23-dən iyulun 27-dək keçiriləcək.
Bununla yanaşı, azərbaycanlı hərbi qulluqçular fevralın 23-dən iyulun 23-dək komandir və qərargah zabitləri üçün kurslarda iştirak edəcəklər.
F.İsazadə