Azərbaycan gömrükçüləri aksiz markası olmayan 40 min ədəd (2 min paçka - İF-Az) siqaretin ölkəyə gətirilməsinin qarşısını aldılar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
Məlumata əsasən, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə şəhər sakini Şaiq Məmmədovun avtomobilinə baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan siqaretlər aşkar edərək götürüblər.
F.İsazadə