Hesablama Palatası 2016-cı ilin yekunları üzrə dövlət büdcəsinin real kəsirinin proqnozlaşdırılandan aşağı olacağını gözləyir. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün parlamentin plenar iclaında dövlət büdcəsinə düzəlişlər layihəsinin müzakirəsi zamanı məlumat verib.
“Dövlət büdcəsinin gəlirləri strukturunda potensial imkanlardan istifadə edərək buna nail olmaq mümkündür. Həmçinin vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi hesabına ilin yekunları üzrə proqnozun artımına nail olmaq mümkündür. Bundan başqa, büdcə xərclərinin istifadəsi zamanı maliyyə nəzarətinin gücləndirilməsi hesabına buna nail olmaq olar”, - deyə V.Gülməmmədov vurğulayıb.
Dövlət büdcəsinə düzəlişlər layihəsinə əsasən, kəsir daha əvvəl təsdiq olunmuş 1 mlrd. 698 mln. manatdan 1 mlrd. 673 mln. manatadək azalacaq.
V.Gülməmmədov bildirib ki, Hesablama Palatası dövlət büdcəsinə düzəlişləri zəruri hesab edərək parlamentə onları qəbul etməyi tövsiyə edir.
Düzəlişlərə əsasən, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% - 16 mlrd. 822 mln. manatadək, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manatadək artacaq.
A.Axundov