Bakı Slavyan Universiteti (BSU) Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti(MDHİU)ilə əməkdaşlıq qurur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BSU-dan məlumat verilib.
MDHİU MDB məkanında yeganə universitetdir ki, burada fiziki məhdudiyyətli insanların yüksək səviyyədə təhsil almaları üçün bütün tələblərə cavab verən şərait yaradılıb.Hazırda həmin universitetdə Azərbaycandan üç paralimpiyaçı idmançı təhsil alır.
Əməkdaşlıq müqaviləsində inklüziv təhsil sahəsində birgə elmi araşdırmaların aparılması, elmi-praktik konfransların və seminarların təşkili, müştərək elmi məcmuələrin və vəsaitlərin nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.
A.Zeydullayeva