Milli Məclis martın 4-də hökumətin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı müzakirə edəcək. Bu barədə parlamentin spikeri Oqtay Əsədov çərşənbə axşamı məlumat verib.
“Milli Məclis martın 4-də keçiriləcək plenar iclasda hökumətin 2015-ci ilə dair hesabatını müzakirə edəcək”,- deyə spiker qeyd edib.
Qanunvericiliyə əsasən, parlamentin yaz sessiyasının beşinci plenar iclasında hökumət ötən ilin yekunlarına dair hesabat verəcək.
Hesabatda respublikadakı makroiqtisadi vəziyyət, ötən ilin dövlət büdcəsinin icrasına dair məlumatlar, maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inkişafı, hökumətin sosial problemlərin həllinə yönəlmiş fəaliyyəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, MKT subyektlərinin fəaliyyətinin yekunları, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması tədbirləri təhlil edilir.
A.Axundov