Azərbaycan Milli QHT Forumuna yeni üzvlər qəbul edilib. Bu barədə Forumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclasında çıxış edən MQF-nin prezidenti Rauf Zeyni yeni təşkilatların – “Sağlamlıq Naminə Təbiblər” İB, “«Qaye» Elm və Mədəniyyət Xeyriyyə Cəmiyyəti” İB, “Qəbələ rayon Təbiətin Mühafizəsinə Kömək” İB-nin MQF-yə üzv qəbul edilməsi barədə məlumat verib.
Həmçinin iclasda MQF-də bir neçə yeni təsisatların yaradılmasına dair qərar qəbul olunub: “MQF İctimai Nəzarət Mərkəzi”, “MQF Beynəlxalq Əlaqələr Mərkəzi”, “MQF Aqrar İnkişaf Mərkəzi”, “MQF Maraqlı Adamlar Klubu”.
Yazıçı Varis Milli QHT Forumunun nəzdində yaradılmış “MQF Maraqlı Adamlar Klubu”nun rəhbəri təyin edilib.
MQF-nin üzvlərinin sayı 670-ə çatıb.
R.Babayev