2015-ci ildə “Şahdağ” elektrik stansiyası 345 mln. kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da 2014-cü ilin göstəricisindən 16,9% azdır. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.
Cari ilin yanvar ayında elektrik stansiyası 35,2 mln. kilovatsaatdan artıq elektrik enerjisi istehsal edib.
2014-cü ildə stansiyada 415,4 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib.
“Şahdağ” elektrik stansiyası hər birinin gücü 8,7 MVt olan 12 aqreqatdan ibarətdir və Azərbaycanın şimal rayonlarının enerji təchizatında mühüm rol oynayır.
N.Abbasova