Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Hacıyev metallik civə satarkən tutulub. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Axtarış zamanı onun üzərindən 1,285 kq metallik civə aşkar edilərək götürülüb.
S.Hacıyev metallik civəni 5 min manata satmaq niyyətində olub
R.Babayev