Zaqatala Rayon İcra Hakimiyyəti 2016-cı ildə avtomobil yollarının əsaslı təmiri üçün dövlət büdcəsindən 594,88 min manat alacaq.
“Mart ayında Zaqatala RİH rayonun avtomobil yollarının əsaslı təmirinin aparılması üçün podratçı seçimi ilə əlaqədar prosedurlar həyata keçirməyi planlaşdırır. Bu məqsədlərlə cari ildə İH dövlət büdcəsindən 594,88 min manat alacaq”,- deyə hökumətdən bildirilib.
Bundan əlavə, İcra Hakimiyyəti mart ayında rayonda abadlıq işlərinin aparılması üçün şirkət seçməyi planlaşdırır. Bu məqsədlə dövlət büdcəsindən 100 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
İH aprel-may aylarında sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün podratçı seçməyi də planlaşdırır. Bu məqsədlə dövlət büdcəsindən 139,151 min manat ayrılacaq.
A.Əzizov