Beynəlxalq Valyuta Fondu (BVF) hələ ki, Azərbaycan hökuməti ilə BVF-nin IV maddəsi üzrə məsləhətləşmələrin müddətini müəyyənləşdirməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fondun Bakı ofisindən məlumat verilib.
BVF missiyası 2016-cı ilin fevral-mart aylarında hökumətlə fondun nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələr aparmaq üçün Azərbaycana gələcək. Lakin yanvar ayının sonu - fevral ayının əvvəllərində Məhəmməd əl Qorçinin başçılıq etdiyi missiya Azərbaycanda olub və hökumətlə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.
“Bununla əlaqədar olaraq hələlik hökumətlə IV maddə üzrə məsləhətləşmələrin vaxtı müəyyən edilməyib”,- deyə fondun ofisindən bildirilib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən ölkə hökuməti BVF-dən borc almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.