İlkin məlumatlara əsasən, 2015-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 183 mln. təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 30,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə mənfi iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, ötən il köçürmələrin həcmi 2014-cü ildə qeydə alınmış $1 mlrd. 709 mln.-a qarşı $1 mlrd. 183 mln. təşkil edib", - deyə AMB-nin məlumatında deyilir.
2015-ci ilin IV rübündə Azərbaycana pul köçürmələrinin həcmi $320 mln. təşkil edib.
A.Əzizov