Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza nəticəsində itkin düşən neftçilərin genişmiqyaslı axtarışlarını həyata keçirmir. Bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib.
“Hazırda genişmiqyaslı axtarışlar həyata keçirilmir”, - deyə F.Tağızadə bildirib
Onun sözlərinə görə, eyni zamanda, bu məsələ FHN-in nəzarəti altındadır.
Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.
Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 12 neftçinin cəsədi tapılıb, 18 nəfərin axtarışları davam etdirilir.
R.Babayev