2015-ci ilin yekunları üzrə Azərbaycanda xarici valyutada bank əmanətləri və depozitlərin xüsusi çəkisi 76,8% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci il üzrə pul siyasəti icmalında qeyd olunur.
2014-cü ilin yekunları üzrə xarici valyutada əmanət və depozitlərin xüsusi çəkisi 36,2% təşkil edib.
“Ötən il dollarlaşma səviyyəsi mühüm dərəcədə artıb. Qeyd olunan dövrdə xarici valyutada əmanət və depozitlərin xüsusi çəkisi 76,8%-ə çatıb”, - deyə icmalda bildirilir.
2015-ci ilin sonuna xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı 59,6% təşkil edib (2014-cü ildə 19,2% - İF-Az).
A.Əzizov