Bakı Slavyan Universitetinin (BSU) Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BSU-dan məlumat verilib.
Dəyirmi masada Şərqşünaslıq fakültəsinin tələbələri və universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər. Mərkəzin müdiri İntiqam Şıxızadə çıxışında milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırıb.
Dəyirmi masada mövzu ətrafında diskussiyalar aparılıb. Bildirilib ki, Azərbaycanda mövcud olan multikultural, tolerant dəyərlər dünyaya bir nümunədir və ölkəmizdə bütün azsaylı xalqlar dostluq və qardaşlıq mühitində yaşayır.
A.Zeydullayeva