Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.
Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir.
Gənclər və İdman Nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.
R.Babayev