Azərbaycan Prezidenti yanında Bilik Fondu əhali üçün nəzərdə tutulan Azərbaycan dili kurslarının ilk məzunlarına sertifikatlarını təqdim edib. Kurslar Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının kilsələrində təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumatr verir.
Tədbirdə çıxış edən fondun direktoru Oqtay Səmədov qeyd edib ki, 2015-ci ilin fevral ayından 418 praktik məşğələ keçirilib.
“Ümumiyyətlə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı 300-dən çoxdur. İlk mərhələdə 55 nəfər 6 qrup şəklində Müqəddəs Mixail Arxangel məbədində keçirilən kurslarda iştirak edib”, - deyə O.Səmədov qeyd edib.
O, həmçinin deyib ki, kursların başa çatması layihənin başa çatması demək deyil.
“Azərbaycan dilini öyrənirik” kursları millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdullanın təşəbbüsü ilə Bilik Fondunun layihəsi çərçvəsində təşkil edilib.
F.İsazadə