Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov tərəfindən Təşəkkürnamə ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Arxiyepiskop “Azərbaycan dilini öyrənirik” kursunun ilk məzunlarına sertifikatların təqdim edilməsi mərasimi çərçivəsində mükafatlandırılıb.
Ata Aleksandr Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Mixail
Arxangel kilsəsində Azərbaycan dili kurslarının təşkilində göstərdiyi yardıma görə Təşəkkürnamə ilə təltif edilib.
F.İsazadə