SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağındakı quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2688 nömrəli quyu 1954A saylı meydançadan qazılır. Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova