Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) qış məktəbinin yekunları müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BBMM-dən məlumat verilib.
İclasda mərkəzin hər bir şöbəsinin layihənin yekunu üzrə hesabatı dinlənilib, iştirakçılar görülən işlər barədə danışıblar.
Həmçinin layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib.
İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb.
Gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib.
İclasda Azərbaycanın dini və milli müxtəlifliyin bərqərar olduğu səfalı bölgələrindən birində bu il növbəti yay məktəbinin təşkil ediləcəyi ilə bağlı qərar qəbul edilib və hazırlıq işlərinə start verilib
A.Zeydullayeva