Azərbaycan Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatını alqışlayır. Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev söyləyib.
“Azərbaycan Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq,Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır”, - deyə H.Hacıyev jurnalistlərin suallarına cavab verərkən bildirib.
O deyib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki,Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır.
“Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriyaxalqı özü gələcəyini müəyyən etməlidir”, - deyə XİN rəsmisi bildirib.
H.Hacıyev əlavə edib ki, Azərbaycan donor dövlət olaraq, Suriyada humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək.
F.İsazadə