Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın Bakıdakı səfiri Neboyşa Rodiç ilə görüş zamanı regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
F.İsazadə