2006-2015-ci illərdə Azərbaycanda əsas kapitala ümumi investisiya qoyuluşları 120,9 mlrd. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2006-cı ildən Azərbaycanda əsas kapitala ümumu investisiyalar 120,9 mlrd. manat təşkil edib. 2015-ci ildə əsas kapitala investisiyalar isə 2005-ci ilin göstəricisini 2,8 dəfə üstələyib”,- deyə məlumatda bildirilir.
2015-ci ildə Azərbaycanda əsas kapitala investisiyalar 16 mlrd. manat məbləğində olub, bunun 56%-ni daxili investisiyalar, 44%-ni xarici iunvestisiyalar təşkil edib. Ötən il əsas kapitala investisiyaların 44,9%-i neft sektoruna, 55,1%-i qeyri-neft sektoruna qoyulub”, - deyə məlumatda qeyd olunur.
A.Əzizov