2016-cı ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 137 mln. 639,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 157,8 min nəfər (azalma 19,3%), dəniz nəqliyyatı ilə 1 min nəfər (artım 42,9%), hava nəqliyyatı ilə 114,6 min nəfər (azalma 11%), metro vasitəsi ilə 16 mln. 765,3 min sərnişin (azalma 8,2%) daşınıb.
2016-cı ilin yanvar ayında avtomobil nəqliyyatı vasitələri ilə 120 mln. 600,9 min sərnişin (artım 2,5%), avtobuslarla 116 mln. 376,1 min sərnişin (artım 2,5%), taksilərlə 4 mln. 224,8 min sərnişin (artım 3,1%) daşınıb.
N.Abbasova