2015-ci ildə Azərbaycanda beynəlxalq maliyyə institutlarının (BMİ) iştirakı ilə ümumilikdə 7 mlrd. 620 mln. dollar məbləğində layihələr həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2015-ci ildə Azərbaycanda 14 beynəlxalq maliyyə institutu tərəfindən maliyyələşdirilən və ümumi dəyəri $7,62 mlrd. təşkil edən 41 layihə reallaşdırılıb”, - deyə hökumətdən bildirilib.
Ötən il BMİ tərəfindən maliyyələşdirilən 3 yeni layihə həyata keçirilməyə başlayıb, 4 layihə başa çatdırılıb.
2015-ci ildə Dünya Bankının krediti hesabına 13, Asiya İnkişaf Bankının krediti hesabına 8, Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına 1, İslam İnkişaf Bankının krediti hesabına 4, Almaniyanın KfW bankının krediti hesabına 4 layihə həyata keçirilib, qalanı digər maliyyyə institutlarının payına düşüb.
2015-ci ildə nəqliyyat sahəsində 12, su təchizatı sahəsində 11, energetika sahəsində 4, kənd təsərrüfatı sahəsində 5 layihə həyata keçirilib.
A. Əzizov