Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, müğənni səhər saatlarında özünü pis hiss edib, təcili yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İ.Quliyevanın 72 yaşı var idi.
A.Zeydullayeva